"WhatsApp"da gözlənilən yeni funksiya: Bundan sonra...

14:04 - 03 Aprel 2023

\"WhatsApp\"da gözlənilən yeni funksiya: Bundan sonra...

"WhatsApp"da istifadəçilərin məxfiliyini artırmaq üçün yeni funksiya yeni funksiya işə salınır. Yenilik "WhatsApp"ın beta 2.23.8.2 versiyasında görülüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Sözügedən funksiya yalnız barmaq izi və ya parol ilə girişi təmin edərək fərdi söhbətləri kilidləməyə (bloklamağa) imkan verir.

Beləliklə, istifadəçinin yazışmaları üçüncü tərəflərdən qorunur.

Qeyd olunur ki, bloklanmış söhbətə göndərilən foto və ya video kimi media faylları avtomatik olaraq cihazın yaddaşında saxlanmayacaq.

Yeni funksiya gələcək messenger yeniləməsində əlavə olunacaq.

Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az