3-cü Dünya Müharibəsi indi real təhlükədir - Viktor Orban

14:19 - 03 Aprel 2023

3-cü Dünya Müharibəsi indi real təhlükədir - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Viktor Orban Ukraynada müharibənin getdikcə daha qəddar və qanlı olduğunu deyib.

Müharibənin Macarıstan üçün "narahat və təhlükəli" olduğuna işarə edən Orban, "Təhlükəsizliyimiz təhlükə altındadır. Mən əminəm ki, Qərb ukraynalıları getdikcə daha müasir avadanlıqlarla təmin etdiyi üçün üçüncü dünya müharibəsi təhlükəsi mübaliğə deyil. Avropa və Amerika liderləri belə davam edərsə, üçüncü dünya müharibəsinə girə biləcəyimizi dedikdə, bu, ilk baxışda inanılmaz dərəcədə şişirdilmiş görünür, amma mən işlədiyim və hər şeyi gördüyüm yerdə bu, hazırda real təhlükədir" - əlavə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az