Qara dəniz ölkələri bir araya gəlir

18:26 - 03 Aprel 2023

Qara dəniz ölkələri bir araya gəlir

Rumıniyanın paytaxtı Buxarestdə Qara Dəniz Təhlükəsizlik Konfransı keçiriləcək.

 

Manset.az  xəbər verir ki, konfrans Ukraynanın təşəbbüsü ilə baş tutacaq.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, aprelin 12-13-də baş tutacaq konfrans Rumıniya ilə birgə təşkil edilib.

Beynəlxalq Krım Platformasının bir hissəsi olan konfrans çərçivəsində Rusiyanın Ukraynaya qarşı müharibəsinin Qara və Azov dənizi regionlarına təsirini müzakirə ediləcək.

Konfransda Beynəlxalq Krım Platformasının iştirakçılarını təmsil edən xarici işlər və müdafiə nazirləri, beynəlxalq qurumların rəhbərləri, hökumət rəsmiləri və müstəqil ekspertlər iştirak edəcəklər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az