Fransa Telegram-dan müsəlmanlar da daxil olmaqla bir çox şəxsə və məscidə hücum planlaşdıran söhbət qruplarını bağlamağı tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Tajmaat” Twitter hesabında ərəblərə, müsəlmanlara və qaradərililərə qarşı hücum çağırışlarının yer aldığı Telegram qrupunu ifşa etdikdən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib.
Daxili işlər naziri Gerald Darmanin həftə sonu ifşa olunmuş ifrat sağçı FRDeter qruplaşmasının istifadə etdiyi Telegram qruplarının bağlanmasına göstəriş verdiyini açıqlayıb.
Mövzu ilə bağlı Ouest-France xəbərini Darmanin Twitter hesabında paylaşıb:
“İrqçi şərhlər və zorakılıq çağırışları olan Telegram qruplarının bağlanması tələbi edilib”.
Darmanin qeyd edib ki, Daxili İşlər Nazirliyinin qrupları qruplarda iştirak edənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün məhkəmə orqanları ilə birlikdə işə başlayıb.
Sözügedən Telegram qrupları həftə sonu “Tajmaat” adlı Twitter hesabı tərəfindən üzə çıxarılıb.
Manşet.az