ABŞ İranın dəstəklədiyi qüvvələrə qarşı bu addımı atdı - FOTO

11:00 - 04 Aprel 2023

ABŞ İranın dəstəklədiyi qüvvələrə qarşı bu addımı atdı - FOTO

İranın dəstəklədiyi qüvvələr ABŞ əsgərlərinin yerləşdiyi bazalara raket və pilotsuz uçuş aparatları ilə hücum etdikdən sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) addım atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aralıq dənizindəki USS George W. H. Bush təyyarədaşıyan gəmisi İranın dəstəklədiyi qüvvələrin Suriyada Amerika əsgərlərinin yerləşdiyi bazalara hücumundan sonra ehtiyat tədbiri olaraq Suriya sahilləri yaxınlığında yerləşdirilib.

Pentaqonun sözçünün müavini Sabrina Sinq mətbuat konfransında deyib:

"İran İnqilab Keşikçiləri ilə əlaqəli qrupların Suriyada yerləşən qüvvələrimizə hücumlarını artırdığını gördük və ehtiyat tədbiri olaraq təyyarədaşıyan gəmini daha yaxın əraziyə çəkdik".

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az