Polşa prezidenti Anjey Dudanın xarici siyasət üzrə baş müşaviri Marcin Przydacz, Ukraynaya göndəriləcək Sovet istehsalı olan "MIG-29" tipli döyüş təyyarələrinin bir hissəsinin gətirildiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynaya göndəriləcək Sovet istehsalı olan “MİQ-29” tipli döyüş təyyarələrindən neçəsinin təslim edildiyi barədə məlumatı açıq şəkildə paylaşmayan Przydacz, “Ukrayna prezidenti Vladimir Zelenskinin aprelin 5-də Polşaya səfəri zamanı Ukraynaya daha çox dəstək verilməsi ilə bağlı danışıqlar aparılacaq” – deyib.
Manşet.az