Ekvadorda prezident Guillermo Lasso artan cinayət nisbətlərinə cavab olaraq mülki şəxslərin silah gəzdirməsi və istifadəsinin liberallaşdırılmasını elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkədə artan inamsızlığa diqqət çəkən Lasso, “Bizim ortaq düşmənimiz var: ümumi cinayət, narkotik ticarəti və mütəşəkkil cinayət” - deyib.
"Biz silahların gəzdirilməsi və saxlanması haqqında qanun qəbul etmişik. Başqa sözlə, qanuna uyğun olaraq şəxsi müdafiə üçün silahların saxlanmasına və gəzdirilməsinə icazə vermişik”.
Lasso həmçinin bildirib ki, mülki şəxslərə bibər qazından istifadə etməyə icazə veriləcək.
Manşet.az