ABŞ Suriyada İŞİD lideri Xalid Aydd Əhməd əl-Cəburini məhv edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD lideri Xalid Aydd Əhməd əl-Cəburinin dünən Suriyada keçirilən hərbi əməliyyatda öldürüldüyünü açıqlayıb. Əməliyyat zamanı ölən və yaralanan mülki vətəndaş olmadığı qeyd edilərək, təşkilatın bölgə və ətraf ərazilərdə təhlükə yaratmağa davam etdiyi bildirilib.
Açıqlamada təşkilatın zəif gücünə baxmayaraq bölgədəki fəaliyyətini davam etdirdiyi, lakin İŞİD liderinin ölümünün xarici hücum planlarını müvəqqəti olaraq pozacağı bildirilib. Xalid Aydd Əhməd əl-Cəburi Avropada İŞİD hücumlarının planlaşdırılmasından məsul olub və təşkilatın rəhbərlik strukturunu qurub.
Birləşmiş Millətlər Təşkilatının fevral ayında dərc etdiyi hesabata görə, Suriya və İraqda İŞİD-in 5000-7000 üzvü və tərəfdarı olduğu təxmin edilir ki, onların da təxminən yarısı silahlıdır.
Manşet.az