Zelenski Pompeo ilə görüşdü - FOTO

12:24 - 04 Aprel 2023

Zelenski Pompeo ilə görüşdü - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasında dövlət katibi vəzifəsində çalışmış Mayk Pompeo və onun nümayəndə heyəti ilə görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüşlə bağlı açıqlama verən Zelenski, “Dünən ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun başçılıq etdiyi ABŞ-dan olan siyasətçilər, iş adamları və xeyriyyə təşkilatlarından ibarət nümayəndə heyəti ilə görüşdüm. Bu cür səfərlər və görüşlər bizim azadlıq və demokratiya uğrunda mübarizəmizdə ukraynalılara dəstəyin güclü göstəricisidir. Birləşmiş Ştatlar bizim yanımızdadır və ümumi məqsədlər üçün bizimlə mübarizə aparır. Biz iki partiyanın dəstəyini, Ağ Evin dəstəyini hiss edirik. Amerikanın hərtərəfli dəstəyi bizim üçün çox vacibdir”, - deyə bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az