Almaniya Rusiyaya ÇAĞIRIŞ ETDİ

12:29 - 04 Aprel 2023

Almaniya Rusiyaya ÇAĞIRIŞ ETDİ

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanı Ukrayna torpaqlarına mina qoymağı dayandırmağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Annalena Baerbok “4 aprel Beynəlxalq Mina Maarifləndirmə Günü” münasibətilə verdiyi açıqlamada bildirib. O, piyada əleyhinə minaların dəhşətli silah olduğunu ifadə edərək, “Mən Rusiyanı Ukraynadakı kənd təsərrüfatı torpaqlarında ehtiyatsız irimiqyaslı minalama fəaliyyətini dayandırmağa çağırıram. Bu, nəinki çoxlu sayda mülki insan tələfatına səbəb olur, həm də bir çox fermerlərin tarlalarını becərməsinə və məhsullarını yığmasına mane olur” – deyib.

Almaniyanın xarici işlər naziri bu yolla Rusiyanın dünya bazarında ərzaq tədarükünü azaltdığını və buna görə də dünyada aclığı daha da artırdığını müdafiə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az