Finlandiyada qoşun yerləşdirməyimiz... - NATO-dan AÇIQLAMA

14:32 - 04 Aprel 2023

Finlandiyada qoşun yerləşdirməyimiz... - NATO-dan AÇIQLAMA

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Alyansa üzv olacaq Finlandiyaya NATO qoşunlarının yerləşdirilib-yerləşdirilməməsinin bu ölkənin qərarından asılı olduğunu və Finlandiya rəsmiləri ilə danışıqlarda bu məsələnin hələ müzakirə edilmədiyini bildirib:

“Bu, Finlandiyanın verəcəyi qərardır. Təbii ki, biz ölkənin razılığı olmadan NATO əsgərlərini yerləşdirmirik. Daimi bazalarımızın olmadığı bir çox ölkələrdə dəniz, hava və quruda təlimlər keçiririk. Finlandiya ilə danışıqlarımızda hələlik bu məsələyə toxunulmayıb”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az