Moskvada dördtərəfli görüş - Məsləhətləşmələr davam edəcək

21:53 - 04 Aprel 2023

Moskvada dördtərəfli görüş - Məsləhətləşmələr davam edəcək

Bu gün Moskvada Türkiyə, Rusiya, Suriya və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin  dördətərəfli görüşü keçirilib

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edərkən, hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və aydın şəkildə ifadə edib.

Bu çərçivədə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

 Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun açılış nitqi ilə çıxış etdiyi iclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edib.

Görüşdə Rusiyanı prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Suriyanı təmsil edən xarici işlər nazirinin müavini Eymen Susan iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.

Jalə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az