Mərkəzi Amerika ölkəsi Panamada 6,6 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS), ölkənin mərkəzi olan Boca Chica qəsəbəsində, yerli vaxtla saat 17:18-də 6,6 bal gücündə zəlzələnin meydana gəldiyini qeyd edib.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.
Manşet.az