“Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Rusiya Prezidenti Putin üçün dərs olmalıdır”.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
“Mən şadam ki, Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti təsdiqləndi. Mən bu ölkəni təşkilatda salamlamaq istəyirəm”, - deyə nazir qeyd edib.
“Qoy Finlandiya Putin üçün dərs olsun. Finlandiya öz iradəsi əsasında üzv olmaq qərarına gəlib. Suveren dövlət kimi öz ittifaqını seçmək azadlığı vətəndaşların və yalnız vətəndaşların işidir”, - deyə Ben Uolles əlavə edib.