Hindistanda bir toy məclisində dəhşətli hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, evlənən bir cütlüyə toy hədiyyəsi olaraq göndərilən kinoteatr sistemi elektrik yuvasına qoşulduqda partlayıb. Partlayış nəticəsində bəy və qardaşı ölüb. 18 aylıq körpə də daxil olmaqla 4 nəfər xəsarət alıb.
Polis bomba qoyulmuş toy hədiyyəsinin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyini güman edir.
Manşet.az