Bu ölkədə körpü uçdu - 1 ölü, 1 yaralı

14:26 - 05 Aprel 2023

Bu ölkədə körpü uçdu - 1 ölü, 1 yaralı

Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Bunqdanq rayonunda çaydan keçən körpünün bir hissəsi uçub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, körpünün kənar hissəsini əhatə edən qoruyucu barmaqlıqlar və piyada səkisi olan hissəsi naməlum səbəbdən dağılaraq çay kənarındakı gəzinti zolağına düşüb. Qəzada 30 yaşlarında qadın ölüb, 30 yaşlarında kişi isə bel nahiyəsindən yaralanıb.

Dünən gecədən etibarən bölgədə təsirli olan şiddətli yağışın körpünün zədələnməsinə səbəb ola biləcəyini qiymətləndirən polis, hadisə ilə bağlı ətraflı araşdırma başladıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az