Avstraliyada Hepburn şəhər rəhbəri Brian Hood, səlahiyyətlilərə qeyri-qanuni təcrübələri açıqladığı işdə "rüşvət ittihamı ilə üzləşdiyini" paylaşan ChatGPT-yə qarşı iddia qaldırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliyada Gordon Hüquq Bürosunun ChatGPT-nin, Hud 1999-2005-ci illər arasında Malayziya, İndoneziya və Vyetnam rəsmilərinə rüşvət verməkdə günahlandırılıb və cinayəti etiraf etdikdən sonra 30 ay həbs cəzasına məhkum edildiyinə dair cavabları verdiyini iddia edib.
Gordon Legal şirkətindən James Naughton, "Bu kritik səhv ChatGPT-ni gözdən salan nümunələrdə göz aça bilər. Süni intellekt getdikcə cəmiyyətimizə inteqrasiya olunur. Bu sistem tərəfindən verilən məlumatlar da hüquqi prosedurlara məruz qalacaq. Bu iddia Hood-un böhtan reputasiyasını düzəltmək üçündür” – deyib.
Gordon Legal, ABŞ-da yerləşən süni intellekt tədqiqat firması OpenAI-ni xəbərdar edərək, düzəliş tələb edib.
Manşet.az