Türkiyə hava sahəsi bu hava limanından gələcək təyyarələr üçün bağlandı

16:52 - 05 Aprel 2023

Türkiyə hava sahəsi bu hava limanından gələcək təyyarələr üçün bağlandı

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 3-dən etibarən Türkiyə hava məkanının İraqın Süleymaniyyə hava limanından eniş/uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlandığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin bəyanatında deyilir:

“PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi səbəbindən aprelin 3-dən etibarən Türkiyə hava məkanı İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş/uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb”.

Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç açıqlamasında bu ifadələri işlədib:

“Türkiyə hava məkanı aprelin 3-dən etibarən eniş/uçuş üçün İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb. Sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi çərçivəsində qəbul edilib. İlk mərhələdə 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olması gözlənilən qərar, qeyd olunan tarixə qədər yaxından izləyəcəyimiz inkişaflar işığında nəzərdən keçiriləcək”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az