Bu ölkə Ukraynaya böyük həcmdə hərbi yardım ayırdı

20:16 - 05 Aprel 2023

Bu ölkə Ukraynaya böyük həcmdə hərbi yardım ayırdı

Çexiya Ukraynaya 33 milyon dollara yaxın hərbi yardım etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib.

Ukraynaya veriləcək silahların siyahısı Çexiya Prezidenti Petr Pavloya təqdim edilib

"Baş Qərargah rəisi Karel Rzehka ilə birlikdə planlaşdırdığımız yardımın həcmi təxminən 33 milyon dollar təşkil edir. Bu, maliyyə yardımı deyil, hələ də anbarlarımızda olan hərbi vasitələrdir, bizim ehtiyacımız yoxdur. Ordu həqiqətən öz müdafiə qabiliyyətinə zərər vermədən bu silahları Ukraynaya göndərə bilər”, - açıqlamada deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az