Braziliyada qəbiristanlıqda diri-diri basdırılan qadın 10 saatdan sonra xilas edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Minas Gerais ştatının cənub-şərqindəki Viskonde do Rio Branko bələdiyyə qəbiristanlığında 36 yaşlı qadının canlı olaraq dəfn edilməsindən sonra iki kişi həbs edilib.
Xəstəxana işçiləri bildiriblər ki, qadın hazırda reanimasiyadadır və barmağı kəsilə bilər.
Qəbirqazanlar qəbrin yanında təzə sement və qan görənə qədər qadın yerin altında 10 saat qalıb. Onlar qadının kömək istəyən zaman səsini eşidərək dərhal polisə müraciət ediblər.
Polis rəisi deyib ki, müttəhimlər qadını qəbiristanlıqda qoyduqdan sonra qaçmağı planlaşdırıblar. 20 və 22 yaşlı kişilər əvvəllər silah və narkotik ticarəti ittihamı ilə həbs olunublar.
Onlar 30 günə qədər istintaq təcridxanasında saxlanılacaq.
Manşet.az