Braziliyanın cənubunda bir kişi balta ilə uşaq evinə girib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində ən azı 4 uşağı öldürülüb və çox sayda uşaq yaralanıb. Polis 25 yaşlı gəncin Santa Katarina ştatının Blumenau şəhərindəki hücumdan sonra təslim olduğunu, lakin hücumun motivinin bilinmədiyini bildirib.
Polis və xəstəxana işçiləri beş ilə yeddi arasında olan üç oğlan və bir qızın öldüyünü açıqlayıblar.
Polis qatilin motosikletlə gəldiyini və binaya daxil olmaq üçün divara dırmaşdıqdan sonra təsadüfi olaraq işçiləri və uşaqları əl baltası ilə hədəfə aldığını bildirib.
Hücum edən şəxs hadisə yerindən qaçdıqdan sonra təxminən 3 kilometr aralıda yerləşən Santa Katarina 10-cu Hərbi Polis Bölməsinə gedib və orada polisə təslim olub.
Bütün ştatda 3 günlük matəm elan edilib.
Manşet.az