Elektron siqaret 19 yaşlı gəncin kabusu oldu - Ağciyərləri 4 dəfə söndü (FOTO)

12:57 - 06 Aprel 2023

Elektron siqaret 19 yaşlı gəncin kabusu oldu - Ağciyərləri 4 dəfə söndü (FOTO)

ABŞ-da 13 yaşında elektron siqaretdən istifadə etməyə başlayan 19 yaşlı gəncin ağciyərləri 4 dəfə ağciyər kollapsına məruz qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc 13 yaşında "zərərsiz vərdiş" olduğunu düşünərək elektron siqaretdən istifadə etməyə başlayıb.

Keçən illər ərzində 3 dəfə ağciyərlərindəki ağrı səbəbindən xəstəxanaya müraciət edən gənc yenidən döş qəfəsində şiddətli ağrılar və sancılar hiss etdiyi üçün xəstəxanaya aparılıb. Burada ona ağciyərlərinin artıq 4-cü dəfə “pnevmotoraks”, yəni ağciyər kollapsına düçar olduğunu bildiriblər və dərhal əməliyyata alıblar.

O, bullektomiyadan sağalma prosesini ağrılı şəkildə yaşayıb.

Elektron siqareti tamamilə buraxdığını deyən gənc, indi insanları pis vərdişin dəhşətli nəticələri barədə xəbərdar edir:

"Əvvəllər düşünürdüm ki, elektron siqaretlər adi siqaretlər qədər zərərli deyil. Çox təəssüf edirəm. Bir daha istifadə etməyəcəyəm. Elektron siqaretlər ağciyərlərə çox zərər verir”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az