Antarktidada əriyən buz təbəqələri gözləniləndən daha tez yox ola bilər

14:16 - 06 Aprel 2023

Antarktidada əriyən buz təbəqələri gözləniləndən daha tez yox ola bilər

Araşdırmalar Antarktidadakı buz təbəqələrinin gözlənildiyindən daha tez əriyə biləcəyini ortaya çıxarıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Nature” jurnalında dərc olunan araşdırmada İngiltərənin Nyukasl Universitetinin bir qrup alimi qlobal dəniz səviyyəsinin qalxmasını araşdıran tədqiqat aparıb.

Tədqiqatda Norveç dəniz dibi və dənizdəki buz təbəqələri araşdırılıb. Alimlər müəyyən ediblər ki, Norveç sahillərindəki buz təbəqələri gündə 600 metrə qədər geri çəkilir.

Araşdırmalar nəticəsində Antarktidadakı buzlaq kütlələrinin gündə 30 metrdən çox geri çəkildiyi bildirilib.

Bundan əlavə, araşdırmada iqlim dəyişikliyi səbəbindən Antarktidada buz təbəqələrinin əriməsinin okeanlarda suyun səviyyəsinin təxminən 1 santimetr yüksəlməsinə səbəb olduğu qeyd edilib.

Araşdırmanın nəticəsinin Qrenlandiya və Antarktidadakı buzların nə qədər sürətlə əriyə və qlobal dəniz səviyyəsini yüksəldə biləcəyinə aydınlıq gətirəcəyi bildirilir.

Buz kütlələrinin gözlənildiyindən daha qısa müddətdə əriyə biləcəyini bildirən elm adamları, buz kütlələrinin bu şəkildə əriməsi halında okean sularının qalxmasının böyük təsirləri olacağı barədə xəbərdarlıq ediblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az