Güllələnən qadın 1 milyon 100 min dollar təzminat qarşılığında iddiasını geri götürdü

15:10 - 06 Aprel 2023

Güllələnən qadın 1 milyon 100 min dollar təzminat qarşılığında iddiasını geri götürdü

ABŞ-ın Konnektikut ştatında 2019-cu ildə sevgilisi ilə avtomobildə olarkən polis tərəfindən güllələnərək ağır yaralanan qadın təzminat müqabilində iddiasını geri götürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ödəniləcək təzminatın məbləği 1 milyon 100 min dollardır.

16 aprel 2019-cu ildə polis quldurluqda istifadə edildiyindən şübhələndiyi avtomobili dayandıraraq ​​13 dəfə atəş açıb.

Güllələrdən dördü avtomobildə olan qadına dəyib və o, ağır yaralanıb. Sevgilisi isə sağ-salamat xilas olub.

Ştat prokurorluğu tərəfindən aparılan araşdırmada polisin atəş açmasının əsassız olduğu bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az