“İyulda Vilnüsdə keçiriləcək NATO sammitində Ukrayna alyansa üzv olmaq üçün rəsmi şəkildə dəvət edilməlidir”.
Manset.az xəbər verir ki, belə bir qətnaməni Litva Seymi (parlamenti) qəbul edib.
“Sammitdə Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək, üzvlük protokollarını imzalamaq və müvafiq şərait yarandıqdan sonra onların ratifikasiya prosesinə başlamaq lazımdır”, - deyə Seym müraciət ünvanlayıb.
Öz növbəsində Parlamentin Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Ciqimantas Pavilenis vurğulayıb ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto vermək hüququna malik olmamalıdır. O, həmçinin qeyd edib ki, Ukraynanın alyansa qəbulu Kiyevə daimi hərbi yardımdan daha ucuz başa gələcək.