Rusiya Jirinovskini belə ”danışdıracaq”

09:16 - 07 Aprel 2023

Rusiya Jirinovskini belə ”danışdıracaq”

Rusiyada elə bir proqram hazırlanacaq ki, bununla istifadəçilərin sualları vəfat edən siyasətçi Vladimir Jirinovskinin üslubunda cavablandırılacaq.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı deputat Leonid Slutski xəbər verib.

O bildirib ki,  “Jirinovski” adlı neyron şəbəkəsi onun 30 ildən çox karyerası ərzində verdiyi 18 min saatdan çox müsahibə və çıxışlarını bazaya yığacaq.

Qeyd edək ki, V. Jirinovski uzun sürən xəstəlikdən sonra 2022-ci ildə ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az