Şotlandiyada hamilə arvadını sönmüş vulkandan itələyərək öldürməkdə təqsirli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 29 yaşlı bir kişi 2021-ci ilin sentyabrında yürüş zamanı həyat yoldaşı 31 yaşlı arvadını Edinburqdakı qədim vulkan olan “Arthur's Seat”dən itələyərək öldürüb.
Şübhəli şəxs həyat yoldaşının ona dəyərək yıxıldığını iddia edib.
Edinburq Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesindən sonra münsiflər heyəti həmin şəxsin müdafiəsini qəbul etməyib.
Araşdırmalar zamanı məlum olub ki, qadın yıxıldıqdan dərhal sonra ölməyib və insanlara ərinin onu itələdiyini deyə bilib.
Manşet.az