Türkiyədə istehsal edilən silahlı dronlara xaricdən tələbat artmaqda davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, texnologiya nəhəngi Yaponiyanın da "Bayraktar TB2 SİHA"-dan sınaq məqsədilə istifadə edəcəyi bildirilib.
Yapon milli mətbuatının məlumatında “Bayraktar TB2”nin Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra bu sahədə Yaponiya ordusunun üstünlükləri siyahısına daxil olduğu qeyd edilib.
Bildirilib ki, Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili büdcəsi çərçivəsində “Bayraktar TB2 SİHA” sınaq məqsədilə istifadə olunacaq və Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən sınaqdan keçiriləcək.
Sınaqlar uğurlu olarsa, Yaponiyanın böyük miqdarda “Bayraktar TB2 SİHA” sifariş edəcəyi və bu sahədə BAYKAR ilə əməkdaşlıq edəcəyi gözlənilir.
Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro aprelin 1-də BAYKAR-da olub və İdarə Heyətinin sədri Səlcuq Bayraktar ilə görüşüb.
Manşet.az