Taliban administrasiyasından qadınlara daha bir QADAĞA

11:19 - 07 Aprel 2023

Taliban administrasiyasından qadınlara daha bir QADAĞA

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən bəri qadınlara təzyiq və qadağalar artır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taliban əfqan qadınlarına BMT-də işləməyi qadağan edib. BMT-nin baş katibi Antonio Qutterres qərara reaksiya verib.

BMT bu qərara reaksiya göstərərək, "BMT qadın işçiləri olmadan Əfqanıstanda işləyə bilməz və ehtiyacı olanlara həyat qurtaran yardım göstərə bilməz" – deyib.

BMT-nin baş katibi Antonio Qutterres “Qadağa qəbuledilməzdir” – deyə vurğulayıb. O, Talibandan dərhal geri addım atmağı və qadınların iş, təhsil və hərəkət azadlığını məhdudlaşdıran bütün tədbirləri geri götürməyə çağırıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az