Roma Papası məhbusların ayaqlarını öpdü - VİDEO

11:38 - 07 Aprel 2023

Roma Papası məhbusların ayaqlarını öpdü - VİDEO

86 yaşlı Roma Papası ənənəvi dua mərasimində islahxanada qalan gənclərin ayaqlarını yuyub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsanın həvarilərinə qarşı təvazökarlığını əks etdirdiyinə inanılan ənənəvi mərasimdə Papa əvvəlcə 12 gənc məhbusun ayaqlarını yuyub, sonra isə öpüb.

10 ildir bu vəzifədə olan Papa Fransisk qadınları və katolik olmayanları ənənəvi ayaq yuma mərasiminə qatan ilk Papa kimi diqqət çəkib. Papanın dünənki mərasimdə yuyunub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az