Makron Çindən kömək istədi

12:23 - 07 Aprel 2023

Makron Çindən kömək istədi

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinqdən kömək istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron Cinpinqdən Rusiyanın Ukraynadakı müharibəni dayandırması üçün töhfə verməsini istəyib:

“Rusiyanın Ukraynaya təcavüzü (beynəlxalq) sabitliyə zərbə vurdu. Mən bilirəm ki, Rusiya ilə danışacağınıza və hamını danışıqlar masasına qaytaracağınıza ümid edə bilərəm”.

Makronun Pekini Moskvanı razı salmaq çağırışına dəqiq cavab verməkdən çəkinən Si Cinpinq, “sülh danışıqları mümkün qədər tez başlamalıdır” - deyib.

"Bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarının" nəzərə alınması lazım olduğunu qeyd edən Çin lideri hökumətlərin "böhranı daha da pisləşdirəcək və hətta onu nəzarətdən çıxaracaq addımlar atmaqdan çəkinməlidir" fikrini ifadə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az