Yaponiyadan Kim Çen Inı çox qəzəbləndirəcək addım

13:56 - 07 Aprel 2023

Yaponiyadan Kim Çen Inı çox qəzəbləndirəcək addım

Şimali Koreyanın bölgəni təhdid edən raket və nüvə sınaqları qarşısında Yaponiya iqtisadi sanksiyalarla bağlı qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiyanın baş naziri Kişida Fumionun kabineti aprelin 13-də başa çatacaq iqtisadi sanksiyaların müddətini iki il uzatdığını açıqlayıb.

Şimali Koreyaya ticarət embarqosunun tətbiqini əhatə edən sanksiyalar bu ölkədən gələn gəmilərin Yaponiya limanlarında lövbər salmasını qadağan edir.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlamasında Şimali Koreyanın saxladığı Yaponiya vətəndaşları ilə bağlı raket məsələsinə toxunub:

"Biz qaçırma, nüvə və raket proqramları da daxil olmaqla, problemləri hərtərəfli həll etmək üçün əlimizdən gələni edəcəyik".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az