Xəbər verdiyimiz kimi, dünən ABŞ-da yerləşən “CashApp” texnologiya şirkətinin qurucusu Bob Li küçədə bıçaqlı hücum nəticəsində öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, San Fransisko şəhərində baş verən hücumun dəhşətli görüntüləri və məşhur milyarderin son görüntüləri üzə çıxıb. Ətrafdakı təhlükəsizlik kameraları məşhur milyarderin son anlarını qeyd edib.
Amerikalı milyarder polisə zəng edərək kömək istəyib. Hadisə yerinə gələn təcili yardım məşhur milyarderi xəstəxanaya aparsa da, bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Polis rəsmiləri 43 yaşlı milyarderin öldürüldüyü qətllə bağlı araşdırmalara başlayıb. San Fransisko polisi verdiyi açıqlamada qətlin təsadüfi və ya planlı olub-olmadığına dair əllərində heç bir dəlil olmadığını bildirib.
Manşet.az