Aeroport işçisi həm döyüldü, həm də işdən çıxarıldı – VİDEO

15:55 - 07 Aprel 2023

Aeroport işçisi həm döyüldü, həm də işdən çıxarıldı – VİDEO

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark hava limanında qeydə alınan görüntülər diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qeydiyyat zamanı aeroport əməkdaşı ilə sərnişin arasında mübahisə yaranıb. Qısa müddətdə davaya çevrilən mübahisədə hava limanının əməkdaşı sərnişinə şillə vurub. Daha sonra sərnişin cavab verib və işçini bir yumruqla yerə yıxıb.

Davanın hansı səbəbdən başladığı məlum deyil. Digər aviaşirkət əməkdaşlarının müdaxiləsi ilə dava yekunlaşıb.

Hava limanı işçisi müalicə olunmaq üçün xəstəxanaya aparılıb, sərnişin isə hücuma görə saxlanılıb. Hava limanı əməkdaşının işindən uzaqlaşdırıldığı bildirilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az