Adıyamanda fevralın 6-da baş verən zəlzələdə dağılan yaşayış binasının inşaat müfəttişi həbs edilib.
Manset.az Trthaer-ə istinadən xəbər verir ki, bu barədə Adıyaman Respublika Baş Prokurorluğundan məlumat verilib.
Verilən açıqlamaya görə, 11 şəhərdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağılan binalarla bağlı araşdırmalar davam edir.
İstintaq çərçivəsində Adıyamanda dağıdılan və 10-dan çox adamın həyatını itirdiyi Şevket Çerçiler Mənzilinin faktiki bina yoxlama məmuru Ufuk Bulut və Adıyaman Dinamik Bina Təftiş Firmasının məsul işçisi şəhər mərkəzində saxlanılıb.
Ədliyyəyə göndərilən Bulut gətirildiyi hakim tərəfindən həbs edilib.
Jalə
Manşet.az