Kral Çarlzın şəkli olan əskinaslar bu tarixdə tədavülə çıxacaq - Vaxt açıqlandı

21:05 - 07 Aprel 2023

Kral Çarlzın şəkli olan əskinaslar bu tarixdə tədavülə çıxacaq - Vaxt açıqlandı

İngiltrədə kral Çarlzın portreti olan 5, 10, 20 və 50 funtluq əskinasların dizaynlarının yekunlaşaraq çap olunduğu və əskinasların ilin ortalarında dövriyyəyə buraxılmasının gözlənildiyi qeyd edilib. 

 

Manset.az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə İngiltərə Bankı açıqlama verib.

Açıqlamada kral ailəsinin rəhbərliyinə uyğun olaraq, bu dəyişikliyin ətraf mühitə və maliyyə təsirini minimuma endirmək üçün köhnəlmiş əskinaslar yerinə yeni əskinasların çap ediləcəyi və əskinas tələbindəki artımın qarşılanacağı paylaşılıb. buna görə də Kraliça Elizabet və Kral Çarlzın portreti olan əskinaslar eyni vaxtda dövriyyədə olacaq.
 
BoE sədri Andrew Baileybankın əsk asların dizaynını tamamlaması üçün əhəmiyyətli bir an olduğunu ifadə edərək, "Kral Çarlz əskinaslarımızdakı şəkli olan ikinci monarxdır. İnsanlar bu əskinaslardan 2024-cü ildə dövriyyəyə buraxıldıqda istifadə edəcək", deyib

Qeyd edək ki, Kral Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az