ABŞ Federal Təhqiqat Bürosu rusları sosial mediada paylaşdıqları məzmunla kəşfiyyat məlumatları paylaşmağa dəvət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq olaraq, FTB-nin Facebook və Twitter-də yayımlanan videosunda Vaşinqtondan və Rusiya səfirliyindən görüntülər yer alıb. Ayrı-ayrı şəxslərə ABŞ-a kəşfiyyat məlumatı versələr, “gələcəklərini dəyişdirmək” imkanı təklif edilib.
FTB-nin əks-kəşfiyyat bölməsindən Alan Kohlerin, "FTB sizə dəyər verir. FTB sizə kömək edə bilər, ancaq ilk addımı atmaq səlahiyyətinə sadəcə siz sahibsiniz" - ifadələri videoda yer alıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin Moskva stansiyasının keçmiş rəhbəri Dan Hoffman deyib ki, sözügedən sosial media mesajı "aydın" və "müdrik"dir və "FTB-yə və ölkənin Rusiya təcavüzünə qarşı qalib gəlməyə kömək edə bilər".
Manşet.az