20 milyon günəş ağırlığında olan “Görünməz canavar” adlı yeni qara dəlik aşkarlandı

11:16 - 10 Aprel 2023

20 milyon günəş ağırlığında olan “Görünməz canavar” adlı yeni qara dəlik aşkarlandı

NASA, qalaktikalararası kosmosda çox sürətlə hərəkət edən "görünməz canavar" olaraq xarakterizə etdiyi yeni qara dəliyin kəşfini elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmos Agentliyindən (NASA) verilən açıqlamada, Hubble Kosmik Teleskopu tərəfindən təsadüfən təsbit edilən qara dəliyin qalaktikalar arasında böyük sürətlə dolaşdığı bildirilib.

"Görünməz canavar" olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasında 14 dəqiqəyə səyahət edəcək qədər sürətlə hərəkət etdiyi və 20 milyon günəşi çəkəcək qədər superkütlə olduğu qeyd edilib.

Qara dəliyin arxasında Samanyolu qalaktikasının diametrindən iki dəfə böyük və görünməmiş 200 min işıq ili uzunluğunda yeni doğulmuş ulduzların izini buraxdığı bildirilib.

Qeyd edilib ki, “ehtimal ki, üç böyük qara dəlik arasında nadir, qəribə qalaktik bilyard oyununun nəticəsidir” ifadəsinin işlədildiyi sürətli qara dəlik qarşısındakı ulduzları udmaq əvəzinə qaz kütlələrini süzərək dar dəhliz boyu yeni ulduz əmələ gəlməsinə səbəb olur.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az