Çorumda namazdan sonra məsciddən çıxanlara silahlı hücum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində aralarında kənd muxtarı da daxil olmaqla 2-si qadın 6 nəfər yaralanıb.
Xəstəxanaya çatdırılan yaralılar ilk müdaxilənin ardından Çorum Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisədən sonra jandarma qrupları qaçan şübhəlinin tutulması üçün araşdırmalara başlayıb.
Manşet.az