Şimali Koreya 4 gündür telefonlarımızı açmır - Cənubi Koreya

12:16 - 10 Aprel 2023

Şimali Koreya 4 gündür telefonlarımızı açmır - Cənubi Koreya

Cənubi Koreya hökuməti Şimali Koreyanın iki ölkə arasındakı əlaqə kanallarını 4 gün açıq saxlamaq üçün edilən gündəlik telefon zənglərinə cavab vermədiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın 4 gün ardıcıl olaraq gündə iki dəfə yerli vaxtla 09:00 və 17:00-da edilən rutin telefon zənglərinə cavab vermədiyini açıqlayıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, hökumətin vəziyyəti izləyəcəyini və lazımi reaksiyanı verəcəyini ifadə edərək, "Rəsmi mövqeyimizi ortaya qoymağımız çox çəkməyəcək" – deyib.

Cənubi Koreya Müdafiə Nazirliyi də hərbi xətt üzərindən edilən zənglərin 4 gündür cavabsız qaldığını açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az