Çin və Tayvan arasında gərginlik sürətlə artır. ABŞ Cənubi Çin dənizinə hərbi gəmi göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayvan prezidenti Tsay İnq-venin ABŞ-a səfərindən sonra Çin və Tayvan arasında gərginlik artır. Çin ordusu 3 gündür Tayvan ətrafında böyük hərbi təlim keçirir.
Tayvan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, bu gün səhər tezdən təlim üçün bölgəyə 70 Çin təyyarəsi və 11 döyüş gəmisi göndərilib.
ABŞ isə bu həmlədən sonra Cənubi Çin dənizində missiya üçün USS Milius esminesini göndərib.
Manşet.az