ABŞ-ı vuran fırtına həyatı iflic edib. Fırtına anını lentə alan şəxs bağçasına düşən maşını görəndə gözlərinə inana bilməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın orta qərb və cənub ştatlarında təsirli olan tornado və şiddətli tufanlar nəticəsində ən azı 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Fırtınadan saniyələr əvvəl telefonu ilə video çəkməyə başlayan sakin şiddətini artıran tornadodan qorunmaq üçün evin qarajına daxil olub.
Güclü fırtına evin bağçasına maşın sürükləyib.
Manşet.az