Çində düşmənçilik edən iki qonşu arasında baş verənlər məhkəmə ilə yekunlaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hunan əyalətinin Hengyang şəhərində qonşusunun yüzlərlə toyuğunu öldürən şəxs keçirilən məhkəmə iclasında 6 ay həbs cəzasına məhkum edilib.
Cinayətkar qonşusunun fermasına soxulub və toyuqları fənərlə qorxudub. Heyvanların qorxaraq bir-birini əzməsi nəticəsində 460 toyuq ölüb. Bir müddət sonra eyni üsula əl atan şəxs daha 640-a yaxın toyuğun ölümünə səbəb olub.
Məhkəmədə o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 1 il cinayət törətməmək şərti ilə təxirə salınıb.
Manşet.az