İrlandiyanın paytaxtı Dublinə eniş edən təyyarənin ön təkəri sürtünmə səbəbindən qığılcım yaratmağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dublin Hava Limanının Yanğından Mühafizə Xidməti hadisəyə müdaxilə edib və sərnişinlər normal qaydada endirilib.
Xəsarət qeydə alınmayıb, lakin bir sərnişinə şok müalicəsi verilib.
Hadisə zamanı təyyarələrin Dublin hava limanına enişi dayandırılıb, hava limanındakı Cənub uçuş-enmə zolağı axşam saatlarında bağlı qalıb.
Terminalda sərnişinləri Milli Təcili Yardım Xidmətinin əməkdaşları və tibb işçiləri qarşılayıblar.
Manşet.az