Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın Rusiya ilə Ukrayna arasında vasitəçilik cəhdlərini dəyərləndirən Peskov bildirib ki, Fransa Ukrayna məsələsində vasitəçi rolunu iddia edə bilməz:
"Paris münaqişə tərəflərindən birini əlində saxladığı üçün vasitəçi rolunu iddia edə bilməz. Bundan əlavə, Paris dolayısı ilə və birbaşa olaraq Ukrayna məsələsində iştirak edir".
Bu səbəbdən Peskov bəyan edib ki, Fransanın vasitəçi rolunu nəzərdən keçirmək çətindir.
Manşet.az