Çindən qayıdan Fransa prezidenti Emmanuel Makron deyib ki, Aİ ABŞ-ın davamçısı olmamalıdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropanın Çin və ABŞ arasında Tayvan gərginliyinə tərəf olmaqdan çəkinməli olduğunu ifadə edən Emmanuel Makron Avropaya “bizim olmayan böhranlara qapılmaq və Avropanın öz strateji muxtariyyətini qurmasına mane olmaq” mövzusunda xəbərdarlıq edib.
"Biz yalnız ABŞ-ın davamçıları olduğumuza inanırıq. Avropalıların cavab verməli olduğu sual budur ki... Tayvanda (böhranı) sürətləndirmək bizim marağımızdadırmı? Yox. Ən pisi də odur ki, biz avropalılar ABŞ-ın gündəmindən və Çinin həddindən artıq reaksiyasından nümunə götürməliyik”.
Emmanuel Makron həmçinin bildirib ki, Avropa Rusiya və Çinin dollardan asılılığını aradan qaldırmağa kömək etməlidir:
“İki fövqəlgüc arasında gərginlik artarsa, bizim strateji muxtariyyətimizi maliyyələşdirmək üçün vaxtımız və resurslarımız olmayacaq və biz asılı vəziyyətə düşəcəyik”.
Manşet.az