İsrail Müdafiə Nazirliyi sosial media hesabında Yunanıstanla imzalanan müqavilə ilə bağlı mesaj paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki ölkənin Müdafiə nazirlikləri arasında hökumətlərarası müdafiə sazişi imzalanıb.
Müqaviləyə əsasən, İsrail Yunanıstana “Spike NLOS” raketləri satacaq. Afinaya atılan raketlərin qiyməti 370 milyon avrodur.
Raketləri İsrailin dövlət müdafiə sənayesi şirkəti Rafael istehsal edəcək.
Rafael istehsalı olan tank əleyhinə idarə olunan raketlərdən bir çox Avropa Birliyi və NATO ölkələri istifadə edir.
Manşet.az