Norveçdə sol mərkəzçi hökumətin vəzifəyə gəldikdən sonra sərvət vergisini 1,1 faizə çatdırması super zəngin norveçliləri narazı salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2022-ci ildə rekord sayda varlı norveçli daha az vergi ödəyəcəkləri ölkələrə köçüb.
Dagens Naeringsliv qəzetinin araşdırmasına əsasən, 2022-ci ildə 30 norveçli milyarder və milyonçu ölkəni tərk edib. Qeyd olunub ki, bu rəqəm son 13 ildə ölkəni tərk edən fövqəlvarlıların sayının cəmindən çoxdur.
Noyabr ayından qüvvəyə minən sərvət vergisinin artırılması səbəbindən bu il daha çox milyonerin Norveçi tərk edə biləcəyi, bunun isə on milyonlarla dollar vergi itkisi demək olduğu bildirilib.
Məlumdur ki, bir çox Norveç zənginləri vergi dərəcələrinin xeyli aşağı olduğu İsveçrəyə köçməyə üstünlük verirlər. Onların arasında Norveçin 4-cü ən varlı adamı Kjell Inge Røkke də var.
Manşet.az