Kim Çen Indan nüvə silahı ilə bağlı AÇIQLAMA

13:20 - 11 Aprel 2023

Kim Çen Indan nüvə silahı ilə bağlı AÇIQLAMA

Şimali Koreya lideri Kim Çen In hərbi heyəti ilə görüşündə ölkənin nüvə potensialının tez və praktiki şəkildə genişləndirilməsinin vacibliyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pxenyan “rəqib ölkələrin hərbi təlimlərinin şiddətlənməsi” ilə üzləşdikdən sonra Kim Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyası ilə görüş keçirib.

Bildirilib ki, Kim Komissiya üzvləri ilə ölkəsinin müharibəyə hazırlığını müzakirə edib və nüvə potensialını artırmalı olduqlarını deyib.

Son həftələrdə Şimali Koreyanın silah sınaqlarına cavab olaraq ABŞ və Cənubi Koreyanın artan hərbi manevrlərinin qapalı dairəyə çevrildiyi və gərginliyi artırdığı vurğulanıb.

Digər tərəfdən, bütün bunları işğal məşqləri kimi xarakterizə edən Şimalın Seul və müttəfiqlərinin birgə təlimlərinə qarşı müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və müharibə hazırlıqlarının tamamlanmasını müzakirə etdiyi bildirilib.

İclasda qeyd olunub ki, Koreya yarımadasındakı mövcud vəziyyət “Amerika imperialistləri və Cənubi Koreyanın xain marionetləri tərəfindən hücuma hazırlıqların getdikcə artdığı bir şəraitdə” müzakirə edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az