Yeni Zelandiya “gender bərabərliyi” əsas tutularaq Nazirlər Kabinetində qadın və kişi nazirlərin sayını bərabərləşdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yeni Zelandiyanın baş naziri Kris Hipkins, bu dövr parlamentdə gender bərabərliyinə nail olunduğunu vurğulayaraq, "Biz əhalini daha yaxından təmsil edirik" – deyib.
Baş nazir Hipkins mövzu ilə əlaqədar mətbuat konfransında bu ifadələri istifadə edib:
“Əldə etmək üçün yaxşı bir mərhələ. Bildiyiniz kimi, bu dönəmdə parlamentdə 50/50 təmsilçilik əldə edirik. Məncə, bu, çox gözəl bir şeydir və indi də kabinet masasındadır. Əslində, ümumilikdə, Nazirlər Kabinetindən kənarda olan nazirləri hesablasanız, icra orqanlarında kişilərdən daha çox qadın var”.
Manşet.az